
"Qarabağ"ın prezidenti Tahir Gözel Çempionlar Liqasının əsas mərhələsində "Benfika" üzərində qazanılan qələbəni Prezident İlham Əliyevə həsr edib.
Sportinfo.az xəbər verir ki, bu barədə klub rəhbəri Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir:
"Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik".
"Qarabağ" Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2.
Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.