
Çempionlar Liqasında əsas mərhələyə start verilib.
Sportinfo.az xəbər verir ki, “Qarabağ” da Liqa mərhələsinin ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası 2024/25 mövsümü Portuqaliya liqasını 2-ci yerdə tamamlayan “Benfika”nın qonağı olub.
Lissabondakı “Estadio da Luz”da keçirilən görüş "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubu əvvəlcə 0:2 hesabı ilə geridə olsa da, rəqib qapısına 3 qol vuraraq qalib gəlməyi bacarıb.
"Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) 2:3
Qollar: Entso Barreneçea,6, Vangelis Pavlidis,16 // Leandro Andrade,30, Kamilo Duran,48, Aleksey Kaşuk,86