Azərbaycan klubu oyunçularına FANTASTİK MƏBLƏĞ ÖDƏDİ!

20:00 Qarabağ 725
Azərbaycan klubu oyunçularına FANTASTİK MƏBLƏĞ ÖDƏDİ!

«Qarabağ» tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

«Ferensvaroş»u pley-off mərhələsindən uzaqlaşdıran Azərbaycan çempionu 2017-ci ildə qazandığı nəticəni təkrarlayıb.

Klub rəhbərliyinin bu münasibətlə futbolçulara ödədiyi mükafat məlum olub. Belə ki, «köhlən atlar» hərəyə 100 min manat irəli düşüb.

Bu dəfə isə "köhlən atlar"ı Liqa mərhələsində 8 komandaya qarşı daha çətin sınaq gözləyir.

Monakoda keçirilən püşkatma mərasimində dünya futbolunun tanınmış simaları Zlatan İbrahimoviçlə Kakanın "yüngül əli" ilə "Qarabağ"ın "Çelsi" (İngiltərə), "Ayntraxt" (Frankfurt, Almaniya), "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka) ilə doğma meydanda, "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Benfika" (Portuqaliya) və "Atletik"lə (İspaniya) isə səfərdə qarşılaşacağı dəqiqləşib.

Əslində format dəyişikliyi həm də bu baxımdan yetərincə cəlbedicidir. UEFA oyun sayında artıma getməklə klubların daha çox qazanmasına şərait yaradıb.

Düzdür, sıx təqvim digər tərəfdən, tam təbii olaraq, müəyyən çətinliklər yaradacaq. Bununla belə, qitənin ən güclü komandaları ilə qarşılaşmalar uzun müddət yaddaşlarda "kök salacaq". Nəticədən asılı olmayaraq...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti