"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında Portuqaliyada "Benfika"ya böyük hesabla məğlub olub.
Sportinfo.az xəbər verir ki, Lissabonda baş tutan görüşdə Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 1:7 hesabı ilə uduzub.
Ağdam komandasının yeganə qolunu Əli Qazıbəyov 85-ci dəqiqədə rəqib qapısından keçirib.
U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopengahen"lə qarşılaşacaq.
Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.
"Benfika" U-19 (Portuqaliya) - "Qarabağ" U-19 (Azərbaycan) 7:1
Qollar: Miguel Figueiredo 6, Qonsalo Moreyra 15, 17, 26, 38-pen., Sousa Silva 20, Stevan, 61 // Əli Qazıbəyov, 85

