KADİ: “İnanmıram ki...”

00:40 Qarabağ 65
KADİ: “İnanmıram ki...”

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyada "Benfika" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında danışıb.

- Baş məşqçimiz dediyi kimi, bizim oyuna hazırlaşmağa vaxtımız az oldu. Amma istənilən halda bu oyuna hazırıq. Çünki hamımızın arzusu idi ki, belə yarışda iştirak edək. Nəhayət istəyimizə çatmışıq. Məsuliyyətli olmalıyıq. Ümid edirəm ki, ən yaxşı oyunlarımızdan birini göstərəcəyik.

- Sizin heyətinizdə Portuqaliya futboluna bələdə olan kifayət qədər futbolçu var. Bunun sizə köməyi dəyəcəkmi?

- Portuqaliya olsa, bir çox futbolçu elitada oynamayıb. Amma biz hər iki avrokuboklarda iştirak edirik, güclü komandalara qarşı oynayırıq. Çətinlik nə olduğunu bilirik Ona görə də inanmıram ki, qeyd etdiyiniz amilin hansısa təsiri olsun.

- Uzun illərdir ki, baş məşqçiniz komandada çalışır. Necə düşünürsünüz, sabah güclü rəqibə qarşı oyun fəlsəfəsində dəyişiklik edəcəkmi?

- Bəli, artıq baş məşqçimiz 17 ildir ki, bu komandanı çalışdırır. Bu müddət ərzində bəlkə də, 1-2 dəfə oyun üslubunu dəyişib. Amma bizə həmişə oyun fəlsəfəmizə sadiq qalmışıq. Düşünürəm ki, bu, biz oyunçular üçün çox önəmlidir.

- Kadi, siz Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə oynayacaqsınız. Sabahkı görüşü karyeranızın ən önəmli matçı hesab etmək olarmı?

- Həmişə demişəm ki, mənim üçün ən önəmli matç növbəti oyundur. Təbii ki, bu yarışın böyüklüyünü nəzərə alsaq, siz deyən kimi düşünmək olar. “Benfika” çox böyük klubdur və heyətində dünya səviyyəli futbolçular var. Buna baxmayaraq, onların oyununu yaxşı analiz etmişik.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”