“Atamdan kimə azarkeşlik edəcəyini soruşdum, cavab vermədi”

15 Sentyabr 2025 22:40 Qarabağ 733
“Atamdan kimə azarkeşlik edəcəyini soruşdum, cavab vermədi”

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade sabah Lissabonda “Benfika”ya qarşı keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin start turu oyunundan öncə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, “O Jogo” nəşrinə danışıb.

Andrade əvvəlcə Çempionlar Liqasında oynamaq xəyalı barədə fikirlərini açıqlayıb:

“Qitənin ən nüfuzlu klub turnirində oynamaq uşaqlıq arzumdur. Hər futbolçuya bu cür anlar qismət olmur.

Üstəlik, oyun “Da Luş”da (“Benfika”nın ev oyunlarını keçirdiyi arena) keçiriləcək. Çox emosional matç olacaq.

Necə reaksiya verəcəyimi bilmirəm. Atam üçün ideal ssenari “Benfika”nın 4:3 hesabı ilə qalib gəlməsi və mənim het-trik etməyim olardı (gülür).

Üstəlik, püşkatma zamanı ondan soruşdum ki, kimə azarkeşlik edəcək cavab vermədi, çünki əla atadır (gülür). Əlbəttə, o, hər zaman oğlunun yanındadır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti