“Qarabağ” belə bir razılaşmaya getdi - Məcburiyyətdən

15:00 Qarabağ 1 446
“Qarabağ” belə bir razılaşmaya getdi - Məcburiyyətdən

“Qarabağ” ilə “Zaqatala” arasında maraqlı anlaşma baş tutub.

Ağdam təmsilçisinin I Liqa komandasına icarəyə verdiyi Amin Ramazanov əyalətdə yaşamayacaq.

Gənc qapıçı yalnız oyun günu onların düşərgəsinə yollanacaq. O, gündəlik məşqlərini əvvəlkitək «Qarabağ»da keçəcək.

Bəs niyə belə? İş ondadır ki, «Zaqatala»da qapıçı məşqçisi vəzifəsi ləğv edilib.

Buna səbəb aşağı liqa klubunun üzləşdiyi maliyyə çətinliyidir. Odur ki, Amin 6 ay ərzində yollarda qalacaq.

Əslində, başqa çıxış yolu da yoxdur. Ramazanov oyun praktikası qazanmaq istəyir.

«Qarabağ»da belə birf ürsət yaxalayacağını özü də başa düşür. Mateuş Koxalski, Şahruddin Məhəmmədəliyev və Fabiyan Buntiç olan yerdə nə şans?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...