"Qarabağ" ÇL-ə qayıtdı, dünya reytinqində sıçrayış etdi

11:20 Qarabağ 328
"Qarabağ" ÇL-ə qayıtdı, dünya reytinqində sıçrayış etdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 506 klubun yer aldığı siyahıda Azərbaycanın 4 klubu var.

Onların hamısı bu mövsüm Azərbaycanın avrokuboklardakı təmsilçiləridir.

Ən yaxşı göstəriciyə klubumuz "Qarabağ"dır. Qurban Qurbanovun komandası 154,75 xalla 96-cıdır. "Qarabağ" əvvəlki cədvəllə müqayisədə 38 pillə irəliləyib.

"Sabah" 79,25 xalla 264-cü pillədən 302-yə enib. "Araz-Naxçıvan" 70,25 xalla 363-cü yerdən 355-ci yerə yüksəlib. "Zirə" isə 68 xalla 274-cü pillədən 380-ci yerə enib.

Siyahıya 543 xalla PSJ liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...