"Qarabağ" geri qaytardı, 2 illik müqavilə imzaladı - SON DƏQİQƏ

09:00 Qarabağ 2 630
"Qarabağ" geri qaytardı, 2 illik müqavilə imzaladı - SON DƏQİQƏ

Ramil Şeydayevin «Qarabağ»a dönməsini dünən xəbər vermişdik.

Dünən "Neftçi"nin qarşılıqlı razılıq əsasında yolları ayırdığı hücumçu 2 illik aradan sonra "köhlən atlar"a qayıdıb.

Onun köhnə-yeni klubu ilə imzaladığı müqavilənin müddəti də artıq məlumdur - «Zenit»in yetirməsi qarşıdakı iki mövsümdə Ağdam təmsilçisinin formasını geyinəcək.

29 yaşl forvard 2017-18 və 2021-23-cü illərdə "Qarabağ"ın şərəfini qoruyub.

Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya), "Buriram Yunayted"də (Tayland) də çıxış edib.

Azərbaycan çempionu bu mövsüm üçün Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə), Joni Montiel ("Rayo Valyekano", İspaniya) və Kamilo Duran (“Portimonense”, Portuqaliya) ilə anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...