Məşhur persona "Qarabağ" üçün Portuqaliyaya gedəcək

02:10 Qarabağ 96
Məşhur persona "Qarabağ" üçün Portuqaliyaya gedəcək

Türkiyənin FIFA dərəcəli keçmiş hakimi Cüneyt Çakır "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda keçirəcəyi oyuna təyinat alıb.

Sportinfo.az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi Ağdam klubunun Portuqaliyada "Benfika"ya qarşı oynayacağı matçın hakim-inspektoru olacaq.

O, ötən mövsüm Azərbaycan çempionunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirdiyi matçda da eyni funksiyasını yerinə yetirmişdi.

Sentyabrın 16-da Lissabonda təşkil ediləcək “Benfika” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”