Boqlarıstanın baş məşqçisi “Sportinfo”ya “Qarabağ”dan danışdı

19:40 Qarabağ 494
Boqlarıstanın baş məşqçisi “Sportinfo”ya “Qarabağ”dan danışdı

Azərbaycanla Bolqarıstanın 21 yaşa qədər futbolçulardan ibarət millilərinin görüşündə qalib müəyyənləşmədi.

Hesabı Emil Rüstəmov açsa da, çox keçmədən qonaqlar hesaba tarazlıq gətirdi. Sonrakı dəqiqələrdə qol səsi çıxmayınca, komandaları meydanı hərəyə 1 xalla tərk etdilər.

Oyun başa çatandan sonra qayğılı görünən Bolqarıstan millisinin baş məşqçisi Aleksamdar Dimitrov Sportinfo.az-a açıqlamasında oyunu bu cür şərh etdi:

“Futbolçularımın işə yanaşmasından və göstərdikləri əzmkarlıqdan çox razıyam. Bu gün qələbə qazanmaq üçün çox çalışdılar.

Hətta iki dəfə 100 faizlik qol şansımız da oldu. Azərbaycan kimi qapanan rəqibə qarşı səfərdə oynamaq çox çətindir.

Böyük qüvvə ilə hücuma çıxa bilmirsən, çünki əks-hücumları təhlükəli olur. Ona görə də bir qədər ehtiyatlı davranmağa çalışırdıq”.

48 yaşlı mütəxəssisin “nəticənin belə olacağını təsəvvür edirdiniz” sualına cavabı:

“Uşaqlarla oyundan əvvəlki söhbətimdə demişdim ki, müasir futbolda zəif rəqib anlayışı yoxdur. Azərbaycan futbolu sürətlə inkişaf edir,

Azərbaycan klubu Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanır. Bu, çox şey deməkdir.

Oyunun 1:1 başa çatması rəqibi qiymətləndirməməyimizlə bağlı deyildi. Qol vurduq, yaxşı imkanlar yaratdıq.

Sadəcə, qola çevirə bilmədik. Digər tərəfdən, azərbaycanlı futbolçuların mübarizliyini də qeyd etməliyəm. Aqressiv idilər, döyüşə çıxıbmış kimi mübarizə aparırdılar.

Əsas üstünlüyümüz fiziki hazırlığımız idi ki, bundan istifadə edə bilmədik”.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv növbəti görüşlərini oktyabrın 10-da səfərdə Çexiyaya, Bakıda Şotlandiyaya qarşı keçirəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti