“Qarabağ” daha bir oyunçusunu icarəyə verdi - SON DƏQİQƏ

9 Sentyabr 2025 20:40 Qarabağ 4 516
“Qarabağ” daha bir oyunçusunu icarəyə verdi - SON DƏQİQƏ

«Qarabağ» daha bir qapıçısını icarəyə verib.

Amin Ramazanov I Liqada debüt edəcək. Ağdam təmsilçisi gənc kiperi «Zaqatala»ya göndərib.

«Köhlən atlar» ondan öncə Sadiq Məmmədzadə ilə müvəqqəti vidalaşıb. O, icarə əsasında aşağı liqanın digər iştirakçısı - «Difai»nin formasını geyinəcək.

Qurban Qurbanovun yanaşması başadüşüləndir. Hazırda onun sərəncamında 3 təcrüəli «əlcək sahibi» var - Mateuş Koxalski, Fabiyan Buntiç və Şahruddin Məhəmmədəliyev.

«Qarabağ» mövsümlərarası fasilədə Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli, Redon Cica və Rüstəm Əhmədzadə ilə sağollaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO