“Qarabağ” bu iş üçün 10-15 milyon xərcləməyə hazırdır - VİDEO

9 Sentyabr 22:40 Qarabağ 449
“Qarabağ” bu iş üçün 10-15 milyon xərcləməyə hazırdır - VİDEO

"Qarabağ" akademiya tikmək istəyir, amma belə bir problem var”.

Bu sözlər ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin eksperti Emin Abbasova aiddir.

O, Ağdam klubunun Suraxanıda yerləşən bazanın yaxınlığında akademiya tikmək istədiyini, ancaq müxtəlif əngəllər üzündən hələ də planını icra edə bilmədiyini söyləyib.

Deyib ki, «köhlən atlar»ın prezidenti Tahir Gözəl bu layihənin icrası üçün böyük pullar sərf etməyə hazırdır. Hətta Abbasov infrastrukturun qurulmasına ayıralacaq vəsaitin 10-15 milyon manat civarında olacağını bildirib.

Tanınmış teleşərhçinin söylədiyinə görə, aidiyyatlı təşkilatlar «Qarabağ»ın istədiyi ərazinin klubun balansına verilməsinə maneə yaradır.

Ekspert problemin həllində AFFA prezidenti Rövşən Nəcəfin köməyinə ehtiyac olduğunu vurğulayıb.

Qeyd eləyib ki, federasiya başçısının özü «Qarabağ»ın yardımına tələsməli, Tahir Gözəlin təşəbbüsünə dəstək verməlidir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
9 Sentyabr 00:40 Şevçenko Bakıya gəldi