
«Qarabağ» Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunundan üçünə iritutumlu təyyarə ilə yollanacaq.
Buna səbəb 19 yaşlılardan ibarət komandanın da ümumi qafiləyə daxil edilməsidir.
«Liverpul»la İngiltərədə keçiriləcək matç istisna olmaqla, 85-90 nəfərə yaxın ibarət heyətlə Avropa səfərinə çıxacaqlar.
Ağdam təmsilçisi ilk matçını sentyabrın 16-da, Liqa mərhələsində sonuncu isə 2026-cı ilin yanvarın 28-də keçirəcək.
Liqa mərhələsində 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-ci yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanıt. 25-36-cı yeri tutanlar isə avrokuboklarda çıxışlarını başa vurur.
“Qarabağ”ın oyunlarının təqvimi aşağıdakı kimidir:
1-ci tur, 16 senyabr
“Benfika” (Portuqaliya) - “Qarabağ”
2-ci tur, 1 oktyabr
"Qarabağ” - "Kopenhagen" (Danimarka)
3-cü tur, 22 oktyabr
"Atletik” (İspaniya) - "Qarabağ"
4-cü tur, 5 noyabr
"Qarabağ" - “Çelsi” (İngiltərə)
5-ci tur, 25 noyabr
“Napoli” (İtaliya) - "Qarabağ"
6-cı tur, 10 dekabr
"Qarabağ" - "Ayaks" (Niderland)
7-ci tur, 21 yanvar
"Qarabağ" - "Ayntraxt" (Almaniya)
8-ci tur, 28 yanvar
"Liverpul" (İngiltərə) - “Qarabağ”
SPORTİNFO.AZ