“Qarabağ”ın kapitanı: “Onlardan qorxacağımız heç nə yoxdur” - VİDEO

9 Sentyabr 2025 09:40 Qarabağ 969
“Qarabağ”ın kapitanı: “Onlardan qorxacağımız heç nə yoxdur” - VİDEO

“Onlardan qorxacağımız heç nə yoxdur”.

Bu sözlər “Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının kapitanı Əli Qazıbəyova məxsusdur.

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında "Benfika" (Portuqaliya), "Atletik" (İspaniya) və "Napoli" ilə səfərdə, "Kopenhagen" (Danimarka), "Çelsi" (İngiltərə) və "Ayaks"la (Niderland) doğma meydanda üz-üzə gələcək.

“Köhlən atlar”ın lideri bu yarışa ciddi hazırlaşdıqlarını, bütün rəqiblərə qarşı layiqli mübarizə apardıqlarını söyləyib.

Yarımmüdafiəçi UEFA Gənclər Liqasının səviyyəli turnir olduğunu, bununla belə, onların da uğur qazanmaq istədiklərini bildirib.

Komandanın aparıcı siması rəqiblər arasında “Ayaks”ı fərqləndirib. O, qeyd edib ki, Niderland təmsilçisinin akademiyası həmişə seçilib.

Qazıbəyov səfər matçlarından qalib kimi geri qayıtmaq istədiklərini də vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti