
Qurban Qurbanov yaxın illərdə Azərbaycan yığmasının sükanı arxasına keçməyəcək.
Bu, xəbər deyil, AFFA rəhbərliyində hasil olan rəydir.
Fernandu Santuşu bu gün səhər saatlarında istefaya göndərən federasiya vakant posta alternativ namizədləri nəzərdən keçirməyə başlayıb.
Onların əksəriyyəti yerlilərdir.
Prezident Rövşən Nəcəf ölkənin əsas komandasını «Qarabağ»ın çaldışdırıcısına tapşırmağı arzulasa da, müxtəlif kanallar vasitəsilə öyrənib ki, o, 2018-ci ildə ayrıldığı köhnə iş yerinə dönməyi qətiyyən planlaşdırmır və nə olur olsun, fikrini dəyişməyəcək.
SPORTİNFO.AZ