
"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhəsindəki heç bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməyəcək".
Bunu klub prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib.
Məsələ ilə bağlı müəyyən bilgilər əldə etmişik.
Əslində ilk gündən planda nüfuzlu yarış çərçivəsində Ağdam təmsilçisinin ev oyunlarını BOS-da keçirilməsi nəzərdə tutulub.
Hətta tərəflər arasında ilk təmaslar olub.
Bir sözlə, stadion rəhbərliyi və klub rəsmiləri məsələyə isti yanaşıblar.
Amma gedişatda ortaya ciddi problem çıxıb.
Bildiyiniz kimi, arenanın ot örtüyü hazırda yoxdur.
Stadion rəsmiləri "Qarabağ"dan yeni örtüyün salınması üçün pul tələb edib.
Söhbət 500 min manatdan gedir.
"Köhlən atlar" məhz bundan sonra geri çəkilib. Tələbi yaxın belə buraxmayıb.
XANOĞLAN / SPORTİNFO.AZ