
“Qarabağ”ın qarşısındakı əsas hədəf Azərbaycanı qürurlandırmaqdır”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
Klub rəsmisi Çempionlar Liqasının Liqa mərhələsində Ağdam təmsilçisinin qarşısına qoyulan hədəflərini açıqlayıb:
“Böyük komandalarla oynayacağıq. Portuqaliyada “Benfika”ya qarşı oyun keçirəcəyik. Orada oynamaq mənə zövq verir, çünki futbol ölkəsidir.
“Napoli” İtaliyanın böyük klubudur. Onlarla oynamaq bizim üçün böyük hadisədir, hətta bayramdır. “Kopenhagen”lə oyundan yaxşı nəticə gözləyirəm.
Əvvəllər oynasaq da komandaların heç biri əvvəlki deyil. Bu, nəhəng klubların çıxış etdiyi qitənin ən nüfuzlu turniridir.
Klubumuzun elə oyunları olub ki, komanda uduzsa da xalq onu alqışlayıb. Çempionlar Liqasının Liqa mərhələsindəki oyunlarında da komandamın yaxşı nəticələr qazanacağına inanıram.
Dünyada bəzi klub rəhbərləri ancaq biznesmen olurlar, amma mən nə qədər şəxsi işlərim olsa da, klub üçün çalışıram. Döyüşüb gözəl nəticələrlə xalqımızı sevindirmək istəyirik”.