
Azərbaycan millisi Dünya Çempionatının seçmə mərhələsinə ağır məğlubiyyətlə start verdi.
Fernandu Santuşun yetirmələri bundan dəfə İslandiya önündə darmadağın oldu - 0:5.
Səfərdə qeydə alınan biabırçılıqdan sonra portuqaliyalı mütəxəssisin istefası gündəmə gəlib.
Hətta onun gedişindən sonra ölkənin bir nömrəli komandasının kimə tapşırılması da ciddi danışılır.
Əsas namizəd isə yenə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur.
Çoxluq ölkənin bir nömrəli baş məşqçisini yenidən millinin başında görmək istəyir.
Amma Ağdam klubunun ən böyük azarkeş qrupu olan "İmarət" buna qarşı çıxıb.
Fanklub özünün sosial şəbəkə hesabından paylaşdığı postla narazılığını büruzə verib:
"Biz, həqiqi "Qarabağ" azarkeşləri, Qurban Qurbanovun Milliyə baş məşqçi gətirilməsi məsələsinin müzakirə olunmasının belə əleyhinəyik!".
XANOĞLAN / SPORTİNFO.AZ