"Bu inamı bizdə "Qarabağ" yaradıb"

10 Sentyabr 19:00 Qarabağ 378
"Bu inamı bizdə "Qarabağ" yaradıb"

"Başda Qurban Qurbanov olmaqla bütün "Qarabağ" ailəsini təbrik edirəm.

Sağ olsunlar ki, bu cür möhtəşəm uğurla hamımızı sevindirdilər. İnşallah, davamlı olar".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması barədə danışan "Turan Tovuz"un sabiq funksioneri Nadir Nəbiyev deyib.

Təcrübəli futbol adamı Ağdam klubunun uğuruna əvvəldən inandığını sözlərinə əlavə edib:

"İnanırdım ki, "Qarabağ" uğur qazanacaq. Bu inamı da bizdə klub özü yaradıb. Meydançadakı oyunu, əzmkar mübarizəsi ilə.

Mən 90 dəqiqə futbolçuların yorulduğunu hiss etmədik. Kollektiv bu qədər istəkli idi. Azarkeşlər də sağ olsun sona qədər komandanıny yanında oldular.

Uğura hamımız sevinirik. Bizi sevindirən bir başqa məqam millimizin oyunçularının yaxşı çıxışı oldu. Xüsusilə Nəriman və Musanın hücumçu kimi mübarizəsini çox bəyəndim".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”
10 Sentyabr 02:00 "Neftçi"dən yeni satış