“Qarabağ”a adaptasiyam yaxşı alındı, tez uyğunlaşdım”

02:40 Qarabağ 119
“Qarabağ”a adaptasiyam yaxşı alındı, tez uyğunlaşdım”

“Qarabağ”ın yeni transferi Dani Bolt sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi komandasının son turdakı “Karvan-Yevlax” üzərində qələbəsi haqda danışıb:

“Son matçda qalib gəldiyimiz üçün şadam. Çempionatda asan oyunun olmadığını yaxşı bilirik.

Çətin olsa da, qələbə qazanmağı bacardıq. “Qarabağ”a adaptasiyam yaxşı alındı.

Tez bir zamanda komandaya uyğunlaşdım. Azərbaycana gəlməmişdən qabaq da, dostlarımla danışmışdım.

Baş məşqçimiz bizə necə oynamaq lazım olduğunu dəqiqliyi ilə bildirir. Təəssüratlarım çox yaxşıdır”.

Ağdam klubunun 26 yaşlı müdafiəçisi Çempionlar Liqasının liqa mərhələsində oynayacaqları üçün sevindiyini də söyləyib:

“Futbolçu olaraq, Çempionlar Liqası səviyyəsində oynamağı hər zaman gözləyirsən. Biz buna nail olduq. Çempionlar Liqası oyunlarından zövq almağa çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR
5 Sentyabr 03:50 "Lənkəran"dan transfer