
UEFA Gənclər Liqasında iştirak edəcək "Qarabağ"ın U-19 komandası bir neçə gündü hazırlıqlara start verib.
Rəşad Sadiqovun baş məşqçi olduğu kollektiv bu gün yoxlama görüşünə çıxacaq.
Rəqib "Zirə"nin əvəzedici komandasıdır.
Sınaq matçında əsas məqsəd heyətin komplektləşdirilməsi ilə bərabər yeni simaları yoxlamaqdır.
Yenilər arasında yerlilərlə bərabər 3 legioner də yer alacaq.
Afrikalı futbolçuların hamısı hücum fazasında çıxış edir.
Konqodan olan əcnəbilər "Qarabağ"a baxışda olmaq üçün müraciət ediblər.
Əgər ümidləri doğrulda bilsələr, tərəflər arasında müqavilə imzalanacaq.
Əlavə olaraq bildirək ki, daha üç əcnəbinin birbaşa müqavilə bağlamaq üçün Bakıya gəlməsi plandadır.
Bunun üçün öncə Nigeriyada olan oyunçuların sənədləri ilə bağlı problem ən qısa müddətdə həll edilməlidir.
Binə qəsəbə stadionunda baş tutacaq görüş isə 17:00-da start götürəcək.
Xatırladaq ki, "Qarabağ" U-19 komandası əsas komanda ilə bərabər ilk görüşünü 16 sentyabrda Portuqaliya təmsilçisi "Benfika"ya qarşı səfərdə keçirəcək.
XANOĞLAN / SPORTİNFO.AZ