.jpg)
"Verder" azərbaycanlı gənc futbolçuya maraq göstərir.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, "Qarabağ"ın U-19 komandasının üzvü Nihad İsgəndərov karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Alman klubunun skautları futbolçunu "Qarabağ"ın heyətində bir müddət əvvəl İsveçin Göteborq şəhərində keçirilmiş "Gothia Cup" turnirində görüblər və diqqətə alıblar.
Bremen klubunun rəsmiləri İsgəndərovu Almaniyaya dəvət edib. "Verder" İsgəndərovu klubun akademiyasına cəlb etmək niyyətindədir.
Hazırda tərəflər arasında danışıqlar gedir və gənc futbolçunun sənəd məsələləri hazırlanır.