“Qarabağ”ın Çempionlar Liqasına qayıtması “Bakı”nı “diriltdi” - FOTO

16:00 Qarabağ 1 260
“Qarabağ”ın Çempionlar Liqasına qayıtması “Bakı”nı “diriltdi” - FOTO

Xəbər verdiyimiz kimi, “Qarabağ” 8 illik aradan sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Bu münasibətlə Azərbaycan Premyer Liqasında çıxış edən 10 komanda Ağdam təmsilçisinə rəsmi sosial şəbəkə hesablarında paylaşım edərək təbrik ünvanlayıb.

Yalnız “Neftçi” “Qarabağ” ı təbrik etməyib. Bakı klubunun bu davranışının komandalar arasındakı əzəli rəqabətdən irəli gəldiyi ehtimal olunur.

Maraqlıdır ki, vaxtilə “Qarabağ”la gərgin mübarizənin içində yer almış, hazırda isə fəaliyyətini dayandırmış “Bakı” birdən-birə ortaya çıxıb.

10 il öncə maliyyə problemləri üzündən futbol səhnəsindən çəkilmiş “zolaqlılar” sosial şəbəkə hesabından “köhlən atlar”a təbrik mesajı ünvanlayıb.

“Qarabağ”ın ÇL-in əsas mərhələsinə düşməsi Premyer Liqada çıxış edən digər 11 klubun da büdcəsini zənginləşdirəcək. Belə ki, UEFA-nın bu klublara 800 min avro ödəyəcəyi gözlənilir.

Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 22:40 “Zirə”dən ən yeni...