
“Çox xoşbəxtəm, hisslərimi necə ifadə edəcəyimi bilmirəm.
Sevincli, çətin oyun oldu. Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la (Macarıstan) Bakıda keçirilən cavab matçı haqda çıqlamasında deyib.
Fransalı yarımmüdafiəçi iki oyunun nəticəsinə görə (3:1, 2:3) Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmələrini şərh edib.
O, vurduğu qoldan sonra sevincini baş məşqçisi Qurban Qurbanovla bölüşməsi ilə bağlı da danışıb:
"Bu, öz qərarım idi. Onun necə əziyyətlə çalışdığını biliriəm.
Zəhmətimizin bəhrəsini görmək bizi sevindirir. Qurbanov buna, bundan da artığına layiqdir".
A.Zubir "Liqa mərhələsində hansı rəqibləri arzulayırsınız" sualını belə cavablandırıb:
"İndi bu qələbənin dadını çıxarmaq lazımdır. Çempionlar Liqasında olna bütün komandalar güclüdür. Ümid edirəm ki, püşkatma da yaxşı olacaq”.