“Qarabağ”ın 8 futbolçusu “təmizləndi” - XOŞ XƏBƏR!

31 Avqust 2025 01:50 Qarabağ 667
“Qarabağ”ın 8 futbolçusu “təmizləndi” - XOŞ XƏBƏR!

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsində aldığı bütün vərəqələr ləğv olunub.

Qaydalara əsasən, təsnifat mərhələlərində alınan istənilən sayda vərəqə (sarı və ya qırmızı) yarışın Liqa mərhələsində qüvvəsini itirmiş sayılır.

Yəni komandaların vərəqəsi olan futbolçuları yarışa “sıfır cəzadan” başlayırlar.

Xatırladaq ki, təsnifat mərhələlərində “Qarabağ”ın 8 futbolçusuna sarı vərəqə göstərilib, qırmızı vərəqə alan isə olmayıb.

Sarı vərəqə alanlar Nəriman Axundzadə (1 dəfə), Kadi (1), Kevin Medina (2), Mateus Silva (2), Mateuş Koxalski (1), Dani Bolt (1), Pedro Bikalyo (1) və Aleksey Kaşukdur (1).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti