Gizli qalmadı - "Qarabağ" yeni transfer üçün 200 min avro təzminat ödədi

30 Avqust 2025 20:20 Qarabağ 4 557
Gizli qalmadı - "Qarabağ" yeni transfer üçün 200 min avro təzminat ödədi

"Qarabağ" kolumbiyalı vinger Kamilo Duranın transferi üçün ödədiyi məbləğ açıqlanıb.

Sportinfo.az "Transfermarkt"a istinadən xəbər verir ki, ağdamlılar 23 yaşlı forvardın keçidi üçün "Portimonense"yə (Portuqaliya) 200 min avro (təxminən 395 min manat) ödəyib.

Duranla 2027/2028 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

23 yaşlı legioner "Lusitania", "Eştrela Amadora"(Portuqaliya) klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!