«Emmanuel Addai ötən mövsümlə müqayisədə dəyişib.
İndi daha yaxşı təsir bağışlayır, amma biz bunu Aleksey Kaşukda görmürük».
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qarabağ»ın iki legioneri - qanalı Emmanuel Addai ilə ukraynalı Aleksey Kaşuk arasında müqayisə aparıb.
Bildirib ki, Addai yay fasiləsində forma yığsa da, Kaşuk heç cür düzəlmir. Tanınmış teleşərhçinin dediyinə görə, Andrey «Sabah»da əla təsir bağışlasa da, Ağdam klubuna gələndən bəri heç cür özünü göstərə bilmir.
Qeyd edib ki, Kaşuk ən adi epizodlarda belə, qapını hiss eləmir, qol vurmağa çətinlik çəkir.
Abbasovun fikrincə, Donetsk «Şaxtyor»unun yetirməsinin «Qarabağ»da zəif oynamasının yeganə səbəbkarı özüdür. Çünki digər futbolçularından fərqli olaraq, onda qətiyyən irəliləyiş nəzərə çarpmır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

