“İrəli, Qarabağ”!” - Yeni səfir “X” hesabında paylaşım etdi

30 Avqust 2025 01:50 Qarabağ 469
“İrəli, Qarabağ”!” - Yeni səfir “X” hesabında paylaşım etdi

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Krausz “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

Oyunu stadionda izləyən R.Krausz bildirib:

“Tofiq Bəhramov adına Respublika Stadionunda oyunu izləmək və 30 min Qarabağ azarkeşi ilə bu möhtəşəm nailiyyəti birgə qeyd etmək mənim üçün böyük sevinc idi.

Çempionlar Liqasının qrup mərhələsində start götürərkən sizə uğurlar arzulayıram. İrəli, Qarabağ! İrəli, Azərbaycan!”

srailin ölkəmizə yeni təyin olunmuş səfiri R.Krausz ötən ay Azərbaycana gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti