Ona lazım olmayan futbolçunu “Qarabağ”da gördü və bəyəndi

29 Avqust 2025 08:30 Qarabağ 9 174
Ona lazım olmayan futbolçunu “Qarabağ”da gördü və bəyəndi

“Ferentsvaroş”un (Macarstan) baş məşqçisi Robbi Kin Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyunu haqda ikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, mübarizəni dayandırdıqları üçün üzgün olduqlarını ifadə edib:

“Mən oyundan əvvəl “mərhələni keçəcəyik” dediyimi xatırlamıram. Sadəcə, iki oyunun nəticəsinə əsasən qələbə qazanmaq istəyirdik.

Təəssüf ki, alınmadı. Ümumilikdə 1 top fərqlə uduzduq. Baxmayaraq ki, məğlub olmağı sevmirəm”.

İrlandiyalı mütəxəssis “Qarbağ”ın heyətində Kadi Borgesi fərqləndirib:

“Qarabağ”ın heyətində Kadi Borges yaxşı futbolçudur. Mən onunla təxminən 2 həftə vaxt keçirdim.

O, bizim heyətimizdə yer alarkən, onun futbolçu keyfiyyətlərini tam görə bilməmişdik. Hazırda “Ferentsvaroş”un heyətində də güclü futbolçular yer alıb”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!