Nə vaxta kimi Qurban Qurbanov futbolumuzun paxırını örtəcək? - VİDEO

28 Avqust 2025 19:00 Qarabağ 1 495
Nə vaxta kimi Qurban Qurbanov futbolumuzun paxırını örtəcək? - VİDEO

"Azərbaycan futbolunun xilaskar missiyasını yenə Qurban Qurbanov üzərinə götürüb.

"Qarabağ"ın qazandığı tarixi zəfər Azərbaycan futbolu üçün çox önəmlidir.

Liqa mərhələsində bunun zövqünü yaşamaq lazımdır. Mateuş Koxalskinin qurtarışı zamanı bəlkə də milyonlarla azərbaycanlının nəbzi 2 saniyə dayandı.

2000-ci ildə UEFA Kubokunun finalında "Qalatasaray"ın qapıçısı Taffarelin möcüzəyə bərabər seyvi var idi.

Məhz "Qarabağ"lı Koxalskinin qurtarışı da ona bərabər idi. Yekunda deyə bilərik ki, Qurban Qurbanov bu cür nailiyyətlərlə futbolumuzun paxırını növbəti dəfə örtdü".

Bu açıqlamalar “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Çempionlar Liqasının pley-off məhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - "Ferentsvaroş" matçı barədə şərhlər verib, Ağdam klubunun qazandığı tarixi nəticədən danışıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti