
«Qarabağ»ın Çempionlar Liqasında liqa mərhələsinə vəsiqə qazanması Türkiyə KİV-ində böyük maraq və sevinclə qarşılanıb.
Qardaş ölkənin nüfuzlu idman kanallarından «TRT Spor» Avıropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsinin yekunlarına həsr olunmuş verlişində «köhlən atlar»a övgülər yağdırılıb.
Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl canılı yayıma qatılıb, tarixi zəfərdən bəhs edib.
Başqan Azərbaycan Prezidenti İlham Əliyevə «Qarabağ»a göstərdiyi diqqət və qayğıya görə böyük minnətdarlıq bildirib.
O, klubun illərdir beynəlxalq arenada qazandığı uğurlara görə Qurban Qurbanova öz təşəkkürünü dilə gətirib.
Tanınmış iş adamı diqqətə çatdırıb ki, nəfəsi gəldiyi müddətdə «Qarabağ»ın arxasında dayanacaq.
Tahir bəy Azərbaycana bağlı olduğunu, klubun adını yaşatmaq üçün bütün gücünü ortaya qoymağa davam eləyəcəyini vurğulayıb.
Türkiyənin tanınmış futbol yazarı Tayfur Bayındır verliş zamanı Tahir Gözəli «qardaşım» deyə tərif edib.
Media mənsubu «Qarabağ»ın birinci şəxsini «çətin günün adamı» adlandırıb.
SPORTİNFO.AZ