
Bu iddia tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.
ATV kanalında yayımlanan ”Futbolumuz” verlişinin aparıcısı ”Ferensvaroş”un baş məşqçisinin braziliyalı yarımmüdafiəçiyə münasibətdə sayğısız davrandığını söyləyib.
Onun bildirdiyinə görə, irlandiyalı mütəxəssis Macarıstan klubunun sükanı arxasına əyləşəndən sonra 4-3-3 taktikasından 3-5-2-yə keçib və Kadinin xidmətindən imtina edib, bunu isə gecəylə «sambaçı»ya çatdırıb.
Rzayevin dediyinə görə, Kinin onu Julio Romao ilə dəyişməsi Kadiyə pis təsir göstərib.
Çünki transferinə görə «Krasnodar»a 4 milyon avro ödənilən cənubi amerikalı belə tezliklə Budapeştdən ayrılacağını gözləmirmiş, odur ki, Çempionlar Liqasının pley-off oyunları ondan ötrü gözəl fürsət olub, özünü Kinə sübut etmək üçün əlindən gələni əsirgəməyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN