“Qurban Qurbanov buna, bundan da artığına layiqdir” - VİDEO

28 Avqust 2025 13:40 Qarabağ 541
“Qurban Qurbanov buna, bundan da artığına layiqdir” - VİDEO

“Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la cavab matçından sonra “CBC Sport”a açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi vurduğu qoldan sonra sevincini baş məşqçisi Qurban Qurbanovla bölüşməsi ilə bağlı da danışıb:

“Bu, öz qərarım idi. Onun necə əziyyətlə çalışdığını bilirəm.

Zəhmətimizin bəhrəsini görmək bizi sevindirir. Qurban Qurbanov buna, bundan da artığına layiqdir.

Çox xoşbəxtəm. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Sevincli, çətin oyun oldu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti