
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan "Ferensvaroş"unu Bakıda qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Lakin bu komandalar arasında ilk matçda "Qarabağ" 3:1 hesablı qələbə qazanmışdı.
Bununla da "Qarabağ" "Ferensvaroş"u 2 oyunun cəmində də məğlub edərək tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.