Qurban Qurbanovdan qələbəyə ilk reaksiya: “Allah bu gün bizə bunu nəsib etdi”

27 Avqust 23:00 Qarabağ 104
Qurban Qurbanovdan qələbəyə ilk reaksiya: “Allah bu gün bizə bunu nəsib etdi”

“Hamı görürdü ki, gərginlik var idi.

Bu, məsuliyyətdən irəli gələn bir şey idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferentsvaroş”la matçdan sonra deyib.

“Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm.

Neçə il idi ki, bunu istəyirdik. Allah bu gün bizə bunu nəsib etdi.

İstəyirdik ki, daha yaxşı oyun göstərək. Ümumi nəticə çox sevindiricidir.

İnanın ki, bu gün daha gərgin oyun oldu. İlk dəqiqələrdən bu, hiss olundu.

1:3-dən sonra hamı deyirdi ki, qalib olacağıq. Futbol göstərir ki, istənilən nəticə ola bilər” - Qurbanov deyib.

“Qarabağ” iki oyunun nəticəsinə görə “Ferentsvaroş”u mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Avqust 17:30 Çək və bizə göndər!