O, Kipr nəhəngindən imtina etdi, “Qarabağ”la müqavilə imzalamağa razılıq verdi

08:30 Qarabağ 1 550
O, Kipr nəhəngindən imtina etdi, “Qarabağ”la müqavilə imzalamağa razılıq verdi

“Qarabağ”ın bu yay heyətinə qatdığı Pedro Bikalyo Avropanın bir çox klublarından təklif alıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, braziliyalını “Qarabağ” qədər israrla istəyən digər klub APOEL olub.

Avrokuboklarda "Qarabağ"la 2 dəfə rəqib olmuş APOEL Bikalyo ilə Portuqaliyada oynadığı vaxtda danışıqlar da aparıb.

Lakin Pedro Ağdam klubuna keçməyi seçib. O, Kipr nəhəngindən imtina edərək, “Qarabağ”la müqavilə imzalamağa razılıq verib.

24 yaşlının “Qarabağ”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Palmeyras”, “Santa Klara”, “Vitoriya”, “Alverka” komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti