
Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Macarıstan "Ferensvaroş"unu Bakıda qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Bu komandalar arasında ilk matçda "Qarabağ" 3:1 hesablı qələbə qazanmışdı.
"Qarabağ" "Ferensvaroş"u iki oyunun cəmində də məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək.
Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.
Tarix təkrarlanarsa, Azərbaycan çempionu futbolçularına kifayət qədər böyük məbləğdə mükafat ödəyəcək.
Əsas heyətdə meydana çıxanların hər birini 100-120 min manat civarında «ənam» gözləyir.
Son anda rəqəmin bir qədər də artırılması istisna olunmur.
SPORTİNFO.AZ