Bütün Azərbaycan ayaqda, "Qarabağ" Çempionlar Liqasında!

27 Avqust 22:40 Qarabağ 368
Bütün Azərbaycan ayaqda, "Qarabağ" Çempionlar Liqasında!

Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahibi komandanın qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurublar. Qonaqların heyətində isə Lenni Jozef (14), Barnabas Varqa (55-p.) və Aleks Tot (82) diqqət mərkəzinə düşüblər.

Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Ferentsvaroş"u mübarizədən kənarlaşdıran "Qarabağ" tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə, 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) 2:3

Qollar: Leandro Andrade, 25, Abdullah Zubir, 44 - Cozef, 12, Varga, 55 (p), Toth, 79

Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (Fransa)

VAR: Jerom Brisar (Fransa)

AVAR: Nikolas Renvil (Fransa)

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 3:1

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabyan Buntiç, 3. Semi Mmae, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

"Ferentsvaroş": 90. Denes Dibuş (k), 5. Nabi Keyta, 10. Conatan Levi, 19. Barnabaş Varqa, 23. Bençe Ötvös, 25. Çebralis Makreçkis, 27. İbrahim Sisse, 28. Toon Raemakers, 36. Qabi Kaniçovski, 47. Kallum O`Dovda, 75. Lenni Yozef.
Ehtiyat oyunçular: 99. David Qrof, 3. Stefan Qartenmann, 7. Daniel Arzani, 8. Aleksandar Peşiç, 16. Kristoffer Zakariassen, 21. Endre Botka, 22. Qabor Salai, 30. Şombor Qruber, 33. Kadu, 64. Aleks Tot, 72. Adam Madaraş, 77. Barnabaş Naqi.
Baş məşqçi: Robbi Kin.

Digər Xəbərlər
Xəbər Lenti
27 Avqust 17:30 Çək və bizə göndər!