“Qurban Qurbanov əfsanə, Azərbaycan futbolunun nəhəngi, insanlıq nümunəsidir”

16:20 Qarabağ 220
“Qurban Qurbanov əfsanə, Azərbaycan futbolunun nəhəngi, insanlıq nümunəsidir”

Azərbayca millisinin və "Qarabağ"ınyarımmüdafiəçisi Aleksey İsayev Rusiyanın championat.com saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Ağdam təmsilçisinin hazırkı durumundan, baş məşqçisi Qurban Qurbanovdan danışıb.

Futbolçu "Qarabağ"ın Rusiya Premyer Liqasında çıxış edən Sankt-Peterburq "Zenit"inin analoqu olub-olmaması ilə bağlı sualı cavablandırıb:

"Hazırda bu, mütləq belədir. İnfrastruktur baxımından da "Qarabağ"da hər şey ən yüksək səviyyədədir.

"Qarabağ"ın bazası, iki çox keyfiyyətli meydançası, idman zalı, hovuzu - hər şeyi var. Orada futbolçulara lazım olan hər şey var.

Qurban Qurbanov əfsanə və böyük insandır. O, Azərbaycan futbolunun nəhəngidir.

Qurban Qurbanov insanlıq nümunəsidir. Biz ondan hər gün meydanda və meydandan kənarda necə davranmaq lazım olduğun öyrənirik".

Digər Xəbərlər
Xəbər Lenti