
«Qırmızı vərəqələr avrokuboklarda Azərbaycan klubları üçün bir kasuba çevrilib».
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qarabağ»ın Çempionlar Liqasında liqa mərhələsinə vəsiqə qazanmaq şansını dəyərləndirib.
Qeyd edib ki, Budapeştdən 3:1 hesablı qələbəylə dönən «köhlən atlar» Bakıda da «Ferensvaroş» üzərində sərfəli nəticə qazanmaq istəyirsə, mütləq ehtiyatını gözləməlidir.
O, ötən mövsümlərə nəzər salıb, Kevin Medina, Elvin Cəfərquliyev və digər oyunçularla bağlı mənfi statistikanı misal çəkib.
Bildirib ki, adətən, belə hallar komandalarımızı məqsədindən uzaq salır.
SPORTİNFO.AZ
ъVİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN