3 illik müqavilə - "Qarabağ" yeni transferini rəsmən açıqladı

26 Avqust 22:10 Qarabağ 195
3 illik müqavilə - "Qarabağ" yeni transferini rəsmən açıqladı

"Qarabağ" hücum xətti üçün yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qarabağ"ın Portuqaliyanın “Portimonense” klubu ilə apardığı danışıqlar uğurla nəticələnib və Kamilo Duran heyətə cəlb olunub.

Ağdam təmsilçisi ilə 23 yaşlı kolumbiyalı arasında 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub.

O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

"Qarabağ" bunadək beş futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montieli heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!
26 Avqust 08:30 Federasiyada yeni təyinat