
Kolumbiyalı Kamilo Duran Marquezi sıralarına qatan “Qarabağ” daha bir legionerlə danışıqlar başlayıb.
Azərbaycan çempionu “Loryan”ın hücumçusu Sambu Sumano ilə sıx təmasa keçib.
Seneqallı forvarda 3+1 illik müqavilə təklif olunub.
“Loryan”in heyətində Fransa Liqa 1-nin ikinci turunda “Renn”lə matçda qol vuran Sumanonun müqavilə müddəti gələn ilin yayına qədərdir.
Onun “transfermarkt”da dəyəri 2,5 milyon avrodur. Ağdam təmsilçisi afrikalı forvarda görə “Loryan”a təzminat ödəməyə hazırdır.
Bu barədə qarşı tərəf artıq məlumatlandırılıb. Yaxın 3-4 gün ərzində görüşmələrin nəticəsi məlum olmalıdır.
“Köhlən atlar“ mövsümlərarası fasilədə 5 belə transfer əməliyyatı reallaşdırıb.
Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) kollektivin sıralarına qoşulub.
“Qarabağ”ın Sambu ilə maraqlanması haqda ilk xəbəri futbolinfo.az-ın yaymasını da xatırladaq.
SPORTİNFO.AZ