QULAQBURMASI - “Qarabağ”ı bir daha erməni komandası ilə qarışdırma!”

26 Avqust 23:20 Qarabağ 324
QULAQBURMASI - “Qarabağ”ı bir daha erməni komandası ilə qarışdırma!”

Macarıstan idman mediası avqustun 27-də keçiriləcək Çempionlar Liqasının “Qarabağ” - “Ferensvaroş” matçı ətrafında yaşananları diqqətlə izləyir.

Ağdam təmsilçisi Budapeştdə keçirilən ilk matçda sərfəli nəticə qazanıb - 3:1.

Sportinfo.az xəbər verir ki, “Magyar Nemzet” nəşri bu barədə yazıb: “Qarabağ” azarkeşləri “Ferensvaroş”a qarşı hücuma keçdilər.

Ən çox bəyənilən şərhlərdən biri belədir: “Bizi bir daha erməni komandası ilə qarışdırma! “Qarabağ” FK erməni klubu deyil, Azərbaycanın çempionudur!”

Aydın deyil ki, niyə belə bir müzakirə azərbaycanlı azarkeşlər tərəfindən başladılıb (zəruri qeyd: belə bir müzakirənin başlamasına səbəb ilk matçdan əvvəl “Fradi”nin saytında “Qarabağ”ın Ermənistan klubu kimi göstərilməsi olub.

Qısa müddət sonra “Qarabağ”ın qarşı tərəfə müraciətindən sonra həmin səhv aradan qaldırılıb). Amma ehtimal var ki, onlar bununla sadəcə “Fradi”yə mesaj göndərmək istəyirlər:

“Qarabağ”a qarşı mübarizə Ermənistan təmsilçisi “Noa”ya qarşı olduğu kimi asan olmayacaq. Çünki “Fradi” daha əvvəl Ermənistan çempionunu mübarizədən kənarlaşdırmışdı.

Hər halda məsələ indi belədir: Azərbaycan azarkeşləri “Instagram”da xahiş edirlər ki, fanatlar oyuna Azərbaycan bayraqları gətirsinlər.

Bununla da rəqib “Ferensvaroş”a göstərmək istəyirlər ki, qarşılarında Azərbaycanın çempionu var”.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ferensvaroş” oyunu avqustun 27-si yerli vaxtla saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!
26 Avqust 08:30 Federasiyada yeni təyinat