“Qarabağ”ın legioneri: “Qoy, “Ferenetsvaroş” xəyal qurmaqda davam etsin”

19:40 Qarabağ 511
“Qarabağ”ın legioneri: “Qoy, “Ferenetsvaroş” xəyal qurmaqda davam etsin”

“Hər kəs xəyal etməkdə sərbəstdir.

Odur ki, “Ferenetsvaroş”un futbolçularının mərhələni keçməyi xəyal qurmaqda davam etsinıər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın qanalı yarımmüdafiəçisi Emmanuel Addai deyib.

Çempionlar Liqasının pley-off mərhələsində “köhlən atlar”ın rəqibi olan Macarıstan çempionunun üzvləri yerli mətbuata açıqlamalarında “Qarabağ”ı səfərdə məğlub etməyin mümkünlüyündən bəhs etməkdir.

Addai onların xəyal etməsinə normal yanaşsa da, komandasının hədəfini gizlətməyib:

“Qarabağ”ın adı üzərindədir – bu komanda “Qarabağ”dır. Nəyə qadir olduğumuzu bilir, məsuliyyəti dərk edirik.

Nələrin baş verəcəyini meydanda görəcəyik. Öz meydanımızda, güclü azarkeş dəstəyi ilə Liqa mərhələsinə vəsiqə qazanmağa çalışacağıq”.

Ötən həftə Budapeştdə keçirilən dueldə “Qarabağ” rəqibini 3:1 hesabı ilə məğlub etmişdi.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab oyunu avqustun 27-si saat 20:45-də start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti