Robbi Kin “Qarabağ”dan kimə elçi düşdü? - İDDİA

00:30 Qarabağ 489
Robbi Kin “Qarabağ”dan kimə elçi düşdü? - İDDİA

"Ferentsvaroş" klubu "Qarabağ"ın daha bir futbolçusuna maraq göstərir.

Sportinfo.az xəbər verir ki, macarlar Marko Yankoviçə diqqət yetiriblər.

"Ferentsvaroş" onu hələ ötən qış heyətinə qatmağa cəhd edib, lakin futbolçunun özü "Qarabağ"da qalmağa üstünlük verib. Monteneqrolu yarımmüdafiəçi üçün yeni təklif irəli sürüləcəyi gözlənilr.

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və "Ferentsvaroş" arasındakı ilk matçda Budapeştdə ağdamlılar 3:1 hesabı ilə qalib gəliblər.

Cavab görüşü isə çərşənbə günü saat 20:45-də Bakıda keçiriləcək.

Bu ilin əvvəlində "Ferentsvaroş" "Qarabağ"dan braziliyalı yarımmüdafiəçi Julio Romao­nu transfer etmişdi. Hazırda o, zədə səbəbindən meydana çıxa bilmir.(azerisport.com)

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!
26 Avqust 08:30 Federasiyada yeni təyinat