Bu gün “Qarabağ”ın ağlında Premyer Liqa yoxdur

12:20 Qarabağ 434
Bu gün “Qarabağ”ın ağlında Premyer Liqa yoxdur

«Qarabağ» ağlı, ruhu və canıyla Çempionlar Liqasındadır.

Premer Liqada ikinci tur gedir, onlar hələ oradadırlar, bura qayıtmayıblar.

Minimum yaxın 1-2 həftədə də geri dönəcəkləri gözlənilmir.

«Qarabağ»da hamı «Ferensvaroş»u fikirləşir. Cavab matçında məğlub olmasalar, liqa mərhələsinə vəsiqə qazanacaqlar.

Qurban Qurbanov ayağına gələn bu fürsəti qətiyyən qaçırmaq istəmir. Ona görə də «Sumqayıt»ın önünə ikinci heyəti çıxardı.

Budapeştdən yorğun-arğın dönmüş futbolçuların hamısına istirahət verdi. Macarıstantandan 2 gün öncə dönmüş, cəmi 1 məşq keçmiş oyunçuları bir də «Sumqayıt»la yormağa dəyməzdi.

Meydan alan «11-lik» rəqibi saymadı. Bir də qapıda Şahruddin Məhəmmədəliyev vardı.

Bəli, o, vardı. Uzun müddətdir «çərçivə» üzünə həsrət qalmış «Şah» köhnə şakərindən əl çəkmədi yenə.

Ronaldo Vaskesin vurduğu qoldan öncə kobud səhvə yol verdi, qapını itirdi.

Tək Məhəmmədəliyevin üstünə getməyək, bütövlükdə komanda komanda təsiri bağışlamadı. Topa yapışan oldu, oyuna yapışan olmadı.

Ənənəvi «Qarabağ» modeli 90 dəqiqə ərzində işləmədi. Sanki ehtiyat qüvvə də özünü «Ferensvaroş» üçün qorudu.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti