“Qarabağ”a xəbərdarlıq edildi - “Üç qol sürpriz oldu, amma arxayınlaşmayın!”

24 Avqust 2025 00:30 Qarabağ 510
“Qarabağ”a xəbərdarlıq edildi - “Üç qol sürpriz oldu, amma arxayınlaşmayın!”

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra cütlüklərin şansları dəyərləndirlib.

Sportinfo.az xəbər verir ki, xarici mətbuatda “Qarabağ”ın Macarıstan klubu “Ferensvaroş”la matçına da münasibət bildirilib.

Azərbaycan çempionunun 8 il əvvəl “Kopenhagen”i məğlub edərək Çempionlar Liqasının qrupuna düşdüyü qeyd olunan məqalədə Qurban Qurbanovun yetirmələrinin ildən-ilə təcrübəsini artırdığı vurğulanıb:

“Daha böyük Avropa təcrübəsinə malik “Qarabağ” bunu Budapeştdəki ilk matçda 3:1 hesablı qələbə qazanaraq göstərdi. Birinci hissədə hesabda geri düşən Azərbaycan komandasının fasilədən sonra 3 qol vurması sürpriz oldu”.

Mütəxəssislərin fikrincə, iki top fərqli üstünlüyə baxmayaraq, “Qarabağ” cavab oyununda arxayınlaşmamalıdır:

“Çünki “Ferensvaroş” öz oyun üslubunu evdə tam həyata keçirə bilmədi. Bunu səfərdə etməyəcəklərini isə heç kim deyə bilməz.

Bu cütdə iki qol fərqilə üstünlüyə baxmayaraq, geridönüş ola bilər”.

"Qarabağ”la “Ferensvaroş” arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti