
Çempionlar Liqasının liqa mərhələsinin biraddımlığında olan «Qarabağ» transfer çalışmalarını sürətləndirib.
Ağdam təmsilçisi «Ferensvaroş»la cavab matçı öncəsi iki mövqeyə 3 legionerlə danışıqlar aparır.
Klubdan redaksiyamıza daxil olan məlumata görə, Qurban Qurbanov hücum və yarımmüdafiə xətlərinə yeni oyunçuların alınmasını istəyib.
Baş məşqçinin təqdimatı əsasında hərəkətə keçən rəhbərlik görüşdüyü əcnəbi oyunçularla ilkin razılıq əldə edib.
Hazırda onların müqavilə ilə məxsus olduqları klublarla təzminatlə bağlı yazışmalar gedir. «Köhlən atlar» ümidvardır ki, qarşıdakı 5 gün içində bütün bu məsələləri bitirmək mümkün olacaq.
Azərbaycan çempionu iyundan bəri 5 legioneri sıralarına qatıb.
Bunlar Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə) və Joni Montieldir ("Rayo Valyekano", İspaniya).
SPORTİNFO.AZ