
Premyer Liqada II turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, “Qarabağ” Suraxanıda “Sumqayıt”ı qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.
“Sumqayıt” xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə xalsızdır. “Köhlən atlar”ın ilk turda “Sabah”la oyunu təxirə salınmışdı.
“Qarabağ” – “Sumqayıt” 0:1
Qol: Ronaldo Vaskez, 72
“Azersun Arena”, 1000 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Aleksa Yankoviç, 60 (qeyri-idman hərəkəti); Rauf Rüstəmli, 85 (qeyri-idman hərəkəti); Kamran Quliyev, 90+5 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.
“Qarabağ”
1. Şahrudin Məhəmmədəliyev
55. Bədavi Hüseynov (k)
30. Abbas Hüseynov
27. Toral Bayramov
(44. Elvin Cəfərquliyev, 73)
22. Musa Qurbanlı
(20. Kadi Borqes, 67)
32. Hikmət Cəbrayılzadə
(8. Marko Yankoviç, 73)
3. Sami Mmae
18. Dani Bolt
(15. Leandro Andrade, 67)
6. Kris Kuaku
21. Aleksey Kaşuk
(10. Abdullah Zubir, 67)
11. Emmanuel Addai
Ehtiyat oyunçular:
99. Mateus Koxalski
97. Fabian Buntiç
13. Bəhlul Mustafazadə
90. Nəriman Axundzadə
2. Mateus Silva
35. Pedro Bikalyo
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”
1. Mehdi Cənnətov
7. Rüstəm Əhmədzadə
(21. Nihad Əhmədzadə, 77)
8. Səbuhi Abdullazadə (k)
19. Roi Kehat
(6. Rauf Rüstəmli, 77)
9. Aleksandr Ramalinqom
14. Pedro Pinto
72. Rayan Senhadji
23. Ronaldo Vaskez
(10. Nikola Ninkoviç, 84)
80. Keffel Resende
(20. Ayxan Süleymanlı, 65)
11. Aleksa Yankoviç
(71. Masaki Murata, 65)
25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular:
22. Xəyal Fərzullayev
56. Aftandil Arixov
30. Kamran Quliyev
64. Kənan Feyziyev
75. Nadir Orucov
66. Ruslan Əliyev
97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç